Narkotik qaçaqmalçılığına görə 738 nəfər saxlanılıb

Narkotik qaçaqmalçılığına görə 738 nəfər saxlanılıb

13 Yanvar 2020 23:11
Bəyəndim (1) Bəyənmədim (0)

Ötən il Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları narkotik və psixotrop maddələrin və onların prekursorlarının qaçaqmalçılığı ilə bağlı 94 faktın qarşısını alıblar.

Oxumeni.az UTX-nin saytına istinadla xəbər verir ki, il ərzində bu sahədə 530 cinayət işi açılıb və 738 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Ötən il ən iri əməliyyat Qara dəniz sahilində keçirilib. Cənubi Amerikadan gizli yolla kokain daşıyan gəmi saxlanılıb. Gəmidə içərisində banan olan konteynerdən təxminən 51 milyon dollar məbləğində qiymətləndirilən 260 kiloqram kokain aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az