“Brendan” fırtınası səbəbindən uçuşlar ləğv edilib

“Brendan” fırtınası səbəbindən uçuşlar ləğv edilib

13 Yanvar 2020 22:38
Bəyəndim (1) Bəyənmədim (0)

Böyük Britaniyada baş verən “Brendan” fırtınası səbəbindən uçuşlar ləğv edilib, bərə xidmətləri sıradan çıxıb.

Oxumeni.az xəbər verir ki, bu səbəbdən Şimali İrlandiyada 5 min 400-ə yaxın ev elektrik enerjisiz qalıb, yollar bağlanıb və avtobus xidmətləri ləğv edilib.

Uelsdə elektrik xətləri üzərinə ağac düşməsindən sonra elektrik kəsilməsi nəticəsində bir məktəb bağlanıb.

Hidrometeorologiya Mərkəzindən belə hava şəraitinin 14 saatadək davam edəcəyi xəbərdarlığı olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az