İranda etirazlar, Kanadada isə yas + Video

İranda etirazlar, Kanadada isə yas + Video

13 Yanvar 2020 15:48
Bəyəndim (1) Bəyənmədim (0)

İranda yanvarın 8-də qəzaya uğramış sərnişin layneri ilə əlaqədar hökumət əleyhinə etirazlar dayandırılmır. Nümayişçilər hakimiyyəti yalanda, yerli KİV - i isə faciəyə qəsdən məhəl qoymamaqda ittiham edərək, ölkənin əsas şəxslərinin istefasını tələb edirlər. Etirazçılara qarşı silah tətbiq edilib, amma İran polisi bunu inkar edir.

Əvvəlcə Tehran təyyarənin texniki nasazlığını və pilotun səhvini bildirsə də, daha sonra etiraf edib ki, İran paytaxtının hava limanından yola düşdükdən az sonra HHM raketi ilə vurulub.

176 fəlakət qurbanı arasında 57 kanadalı var. Torontoda həlak olanların xatirəsinə matəm mərasimi keçirilib. Kanadanın Baş naziri Justin Trudeau yığıncağa müraciət edərək dedi:

"Mən həlak olanların bütün ailələrini və bütün kanadalıları əmin etmək istəyirəm ki, biz cavab almayana qədər və günahkarların məsuliyyətə cəlb olunana qədər ədalətə nail olmayana qədər sakitləşməyəcəyik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)