Yağışlar və qar uçqunları nəticəsində 14 adam həyatını itirib

Yağışlar və qar uçqunları nəticəsində 14 adam həyatını itirib

13 Yanvar 2020 13:25
Bəyəndim (1) Bəyənmədim (0)

Pakistanın Bəlucistan əyalətinin müxtəlif yerlərində güclü yağışlar və qar uçqunları nəticəsində ilkin məlumata görə 14 adam həyatını itirib, yaralananların da olduğu bildirilir.

Oxumeni.az Pakistan mətbuatına istinadla xəbər verir ki, Bəlucistan əyalətində belə hava şəraiti 20 il əvvəl müşahidə edilib. Bildirilir ki, əyalətin Kvetta şəhərindəki hava limanında müxtəlif istiqamətlərə həyata keçirilən təyyarə reyslərin bir hissəsi təxirə salınıb.

Sinoptiklər belə hava şəraitinin hələ bir neçə gün davam edəcəyini bildiriblər.

Əyalətin dəmiryolu və avtomobil yollarında fasilələr yaranıb. Pakistanı Əfqanıstanla birləşdirən Kxozak-Pass magistral yolunda yaranan qar örtdüyü səbəbindən yolda hərəkət məhdudlaşdırılıb. Hər iki tərəfdə bir neçə kilometr uzanan maşın karvanının sıxlığı əmələ gəlib.

Pakistan hökuməti bildirib ki, daha çox qar yağan kənd və qəsəbələrindən əhalinin təxliyə edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az