Qəza qurbanlarının meyitləri Kiyevə nə zaman qaytarılacaq?

Qəza qurbanlarının meyitləri Kiyevə nə zaman qaytarılacaq?

13 Yanvar 2020 12:47
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov İranda “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ukraynalıların meyitlərinin qaytarılması prosesindən danışıb.

Oxumeni.az xəbər verir ki, o, öz feysbuk hesabındakı paylaşımında Ukraynanın Müdafiə Nazirliyinin idarə heyətinin 11 vətəndaşın cəsədini götürə bildikdən sonra bütün prosedurların bitəcəyini və heyətin Tehrandan qayıdacağını bildirib:

Onun sözlərinə görə, cəsədlər ukraynalı mütəxəssislər qəza yerində bütün lazımi prosedurları bitirdikdən sonra Kiyevə çatdırılacaq. Danilov qeyd edib ki, zəruri hallarda Ukrayna İrana əlavə qüvvələr göndərəcək.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az