6 bal gücündə zəlzələ baş verib

6 bal gücündə zəlzələ baş verib

13 Yanvar 2020 12:24
Bəyəndim (1) Bəyənmədim (0)

Ötən həftə Puerto-Rikoda çoxsaylı yeraltı təkanlardan sonra bazar günü maqnitudası 6 bala bərabər olan təkrar təkanlar qeydə alınıb.

Oxumeni.az ABŞ Milli Meteoroloji Xidmətinin məlumatlarına istinadla xəbər verir ki, afterşok səhər saat 9 radələrində Quanikadan 8 mil məsafədə baş verib.

Xatırladaq ki, ötən həftə Tallaoba şəhərinin yaxınlığında və Ponse şəhərində baş vermiş təkrar təkanlar nəticəsində 1 nəfər həlak olub. Bir neçə sakin xəsarət alıb, bir neçə bina, o cümlədən məktəblər və populyar turist obyekti tamamilə dağılıb.

Ötən həftənin əvvəlində 6,4 və 5,8 bal gücündə təkanlardan sonra fövqəladə vəziyyət elan edilib. Dörd mindən çox adam təxliyə olunub, minlərlə insan içməli susuz qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az