3 nəfəri girov götürən silahlı şəxs məhv edilib

3 nəfəri girov götürən silahlı şəxs məhv edilib

13 Yanvar 2020 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin şimalındakı Daxili Monqolustan Muxtar Rayonunda 3 nəfəri girov götürən silahlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhv edilib.

Oxumeni.az Çin polisinin məlumatına istinadla xəbər verir ki, üzərində kustar üsulla hazırlanmış silah və partlayıcı maddə olan Cou soyadlı şəxs muxtar rayonun inzibati mərkəzi olan Hohhot şəhərində 3 sakini girov götürüb. Hüquq-mühafizə orqanlarının təslim olmaq barədə əmrinə tabe olmayan silahlı şəxs polisin açdığı atəş nəticəsində öldürülüb və partlayıcı maddə zərərsizləşdirilib. Girovlar sərbəst buraxılıb.

Qeyd edək ki, hadisə yanvarın 12-də baş versə də, rəsmi qurumlar bu barədə bir gün sonra məlumat yayıblar. Hazırda araşdırma aparılır. Hələlik hadisənin motivləri barədə məlumat yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az