Yunanıstanda qayıq qəzası nəticəsində 12 mühacir ölüb

Yunanıstanda qayıq qəzası nəticəsində 12 mühacir ölüb

12 Yanvar 2020 09:31
Bəyəndim (1) Bəyənmədim (0)

İon dənizində Paksi adaları yaxınlığında mühacirləri daşıyan qayığın qəzaya uğraması nəticəsində azı 12 nəfər həlak olub.

Oxumeni.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Yunanıstanın sahil mühafizə xidməti məlumat yayıb. İnsident adalardan 13 mil cənub-qərbdə baş verib. Qəza zamanı qayıqda 50-yə yaxın insanın olduğu ehtimal edilir. Sahil mühafizə xidməti 21 nəfəri xilas etməyə müvəffəq olub.

Hazırda qəzanın baş verdiyi ərazidə altı patrul gəmisinin və üç helikopterin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az