III Napoleona məxsus əşyaları oğurlamağa cəhd göstəriblər

III Napoleona məxsus əşyaları oğurlamağa cəhd göstəriblər

11 Yanvar 2020 14:58
Bəyəndim (1) Bəyənmədim (0)

Fransa polisi Paris şəhərinin cənub şərqində yerləşən Fontenblo qəsrindən oğurluq etmək istəyən şəxsləri saxlayıb.

Oxumeni.az xarici KİV-lərə istinadla xəbər verir ki, oğurluğa cəhd edən 6 nəfərdən 5-i İspaniya, 1-i isə Çin vətəndaşı olub.

Tutulanlar heç bir cinayət əməli törətmədiklərini desələr də, Fransa polisi onların İmperatriçə Yevgeniyaya məxsus Çin Muzeyində saxlanılan və III Napoleona aid olan qiymətli əşyaları oğurlamaqda ittiham edib. Asayiş keşikçiləri bu işdə hətta Çin mafiyasının əlinin olduğu qənaətindədirlər.

Qeyd edək ki, Fontenblo qəsri 4 il bundan əvvəl də soyğunçuların hücumuna məruz qalıb. Həmin vaxt III Napoleona məxsus tac da daxil olmaqla, 20-dən artıq qədim incəsənət əşyası oğurlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az