Oman Sultanı Qabus bin Səid vəfat edib

Oman Sultanı Qabus bin Səid vəfat edib

11 Yanvar 2020 08:00
Bəyəndim (1) Bəyənmədim (0)

Oman Sultanı Qabus bin Səid uzun sürən xəstəlikdən sonra yanvarın 10-da 79 yaşında vəfat edib.

Oxumeni.az xəbər verir ki, bu barədə Omanın dövlət informasiya agentliyi Sultanın dəftərxanasına istinadla məlumat yayıb. Qabus bin Səid 2015-ci ildən xərçəng xəstəlindən əziyyət çəkirdi. Son vaxtlar səhhətinin ağırlaşması barədə KİV-də tez-tez xəbərlər yer alırdı.

Sultanın vəfatı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az