Fransada pensiya islahatına qarşı yeni ümumi etiraz nümayişlərinə çağırışlar səsləndirilir

Fransada pensiya islahatına qarşı yeni ümumi etiraz nümayişlərinə çağırışlar səsləndirilir

10 Yanvar 2020 19:25
Bəyəndim (1) Bəyənmədim (0)

Fransada CGT, FO və CFE-CGF, FSU, “Həmrəylik” kimi böyük həmkarlar ittifaqı təşkilatları və gənclər təşkilatları hökumətin tətbiq etmək istədiyi pensiya islahatlarını dayandırmağa nail olmaq üçün yanvarın 14, 15 və 16-da ümumi nümayişlərə səsləyiblər.

Oxumeni.az xəbər verir ki, yanvarın 9-da pensiya islahatlarına qarşı Parisdə keçirilmiş ümumi nümayişdə Daxili İşlər Nazirliyinin məlumatına görə 56 min, həmkarlar təşkilatına görə isə 370 min insan iştirak edib.

Həmkarlar təşkilatları yanvarın 11-ni ümumi nümayiş və səfərbərlik günü elan edib. Onlar yanvarın 11-nin həlledici gün olduğunu bəyan ediblər. Həmin gün vəziyyətdən asılı olaraq etiraz hərəkatının gələcək fəaliyyəti də planlaşdırılacaq.

Bu gün yanvarın 10-da ölkənin böyük şəhərlərində səfərbərlik və nümayiş hərəkatı davam edir. Təhsil, tibb, məhkəmə, nəqliyyat kimi sahələrin işçiləri tətil elan edib və küçələrə axışıblar. Həmkarlar bu günlərin pensiya islahatlarının, xüsusilə də pensiya yaşı ilə bağlı qərarın ləğv edilməsi üçün həlledici gün olduğunu bildirib. Ölkədə nəqliyyat sisteminin fəaliyyəti ilk günlərlə müqayisədə yaxşılaşsa da nəqliyyatın iflici davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az