İsveç Ukrayna təyyarəsinin İranda qəzaya uğramasının təhqiqatında iştirak etmək istəyir

İsveç Ukrayna təyyarəsinin İranda qəzaya uğramasının təhqiqatında iştirak etmək istəyir

10 Yanvar 2020 18:47
Bəyəndim (0) Bəyənmədim (0)

İsveç “Ukrayna Beynəlxalq Hava Xətləri” aviaşirkətinə məxsus təyyarənin İranda qəzaya uğramasının təhqiqatında onun da iştirak etməsinə imkan verilməsini xahiş edib.

Oxumeni.az xəbər verir ki, Krallıq Ukraynaya məxsus mülki hava gəmisinin Tehran yaxınlığında qəzaya uğramasının səbəblərini aydınlaşdırmaq üçün aparılan təhqiqatda onun da iştirak etməsinə imkan verilməsini xahiş edib.

İsveçin Xarici İşlər naziri Ann Linde jurnalistlərə müsahibəsində bildirib ki, təhqiqatın şəffaf aparılması üçün bu işə İsveçin və Kanadanın da qoşulması tələb olunur.

İsveçin bu tələbi onunla bağlıdır ki, MAU şirkətinə məxsus təyyarədə həlak olmuş 167 sərnişin arasında azı 10 nəfər İsveç vətəndaşı olub. Kanadanın da bu təhqiqatda iştirak etməkdə marağı var, çünki aviaqəzanın qurbanları arasında 63 nəfər kanadalı olub.

Ukrayna Prezidenti Vladimir Zelenski yanvarın 9-da İsveçin Baş Naziri Stefan Lövenə telefonla zəng vurub. Söhbət zamanı Ukrayna Prezidenti İranda təyyarə qəzasının təhqiqatına İsveçin kömək göstərməsini və bu işdə də iştirak etməsini xahiş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az