Almanların sevimli içkisi bahalaşır

Almanların sevimli içkisi bahalaşır

9 Yanvar 2020 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada arpanın, elektrik enerjisinin və nəqliyyatın qiymətlərinin artması çəllək pivəsinin də bahalaşmasına gətirib çıxarıb.

Oxumeni.az xəbər verir ki, pivənin bəzi növlərinin qiyməti 5 faiz artıb.

Almanların içdikləri pivənin təqribən beşdəbir hissəsi məhz çəlləkdə saxlanılan qıtıqotu içkisinin payına düşür.

Almaniyada çəllək pivəsinin bir litrinin qiyməti 2 avrodur. Almaniya ölçülərinə görə, bu, münasib qiymətdir. Elə Avropa standartlarına görə də Almaniya istehsalı olan pivənin qiymətləri münasibdir. Avropanın digər ölkələrində pivənin bir litri xeyli bahadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az