Avstraliyada meşə yanğınlarında 1 milyarddan çox heyvan ölüb

Avstraliyada meşə yanğınlarında 1 milyarddan çox heyvan ölüb

9 Yanvar 2020 09:45
Bəyəndim (1) Bəyənmədim (0)

Avstraliyada hökm sürən irimiqyaslı meşə yanğınlarında bir milyarddan çox heyvan ölüb. Oxumeni.az-ın məlumatına görə, bu barədə “TASS” agentliyi bununla bağlı tədqiqat aparan alimin çalışdığı Sidney Universitetinin mətbuat xidmətinə istinadən xəbər verib.

Ümumdünya Vəhşi Təbiət Fondunun Avstraliya nümayəndəliyi isə ölən heyvanların sayının 1,25 milyard olduğunu qeyd edib. Yanğın bütün Avstraliya boyu 8,4 milyon hektar meşəni məhv edib.

Qeyd edilir ki, təbiət hadisəsi Yeni Cənubi Uelys ştatının mərkəzi və şimali sahilyanı ərazilərində minlərlə koalanı, eləcə də digər nadir heyvan növlərini öldürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az