Latviya hökuməti Avstraliyaya yardım edəcək

Latviya hökuməti Avstraliyaya yardım edəcək

7 Yanvar 2020 22:29
Bəyəndim (1) Bəyənmədim (0)

Latviya Avstraliyada baş verən genişmiqyaslı yanğınlar nəticəsində zərər görən insanların ailələrinə yardım edəcək.

Oxumeni.az xəbər verir ki, bu sözləri Latviyanın Xarici İşlər naziri Edgar Rinkeviç “Twitter” səhifəsində yazıb.

“Bu dəhşətli faciənin qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz faciədən əziyyət çəkən insanlara Avstraliyadakı Qırmızı Xaç təşkilatı vasitəsilə yardım edəcəyik”, − deyə o bildirib.

Ötən ilin sentyabrından başlayaraq tüğyan edən meşə yanğınları 5,5 milyon hektardan çox ərazini əhatə edir. Yanğının yayılmasına səbəb temperaturun yüksək olması və güclü küləyin əsməsidir. Son məlumatlara görə, yanğında azı 23 nəfər həlak olub, 1500 ev isə yanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az