Özbəkistanın sabiq Prezidentinin həbsdə olan qızı haqqında yeni cinayət işi məhkəməyə göndərilib

Özbəkistanın sabiq Prezidentinin həbsdə olan qızı haqqında yeni cinayət işi məhkəməyə göndərilib

7 Yanvar 2020 20:00
Bəyəndim (0) Bəyənmədim (0)

Özbəkistanın birinci Prezidenti İslam Kərimovun həbsdə olan qızı Gülnarə Kərimova haqqında yeni cinayət işi üzrə istintaq başa çatdırılıb və iş məhkəməyə göndərilib.

Oxumeni.az Özbəkistan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, yeni cinayət işində Gülnara Kərimova dələduzluqda, büdcə vəsaitinin oğurlanmasında, cinayətkarlıq yolu ilə əldə olunan pulların xarici ölkələrə keçirilməsində ittiham edilir.

İstintaq Gülnarə Kərimovanın yaxın adamlarından ibarət bir neçə cinayətkar qrup yaratdığını üzə çıxarıb. Həmçinin məlum olub ki, Özbəkistanın sənaye müəssisələrində də Gülnarə Kərimovaya yaxın olan mütəşəkkil cinayətkar qruplar fəaliyyət göstərib. O, həmçinin ayrı-ayrı vətəndaşlara və müxtəlif şirkət sahiblərinə təzyiq göstərib, onları əmlaklarını nəzarətində olan şirkətlərin adına keçirməyə məcbur edib.

G.Kərimovanın Özbəkistana vurduğu zərər 2 milyard dollar dəyərində qiymətləndirilir. Özbəkistan hökuməti bu günədək onun 12 ölkədə, o cümlədən Rusiyada 1,5 milyard dollar dəyərində aktivləri üzərində həbs qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az