Hyustonda məktəb kampusunda baş verən partlayışdan sonra adamlar təxliyə edilib

Hyustonda məktəb kampusunda baş verən partlayışdan sonra adamlar təxliyə edilib

8 Yanvar 2020 15:15
Bəyəndim (1) Bəyənmədim (0)

Yanvarın 7-də Texas ştatının Hyuston şəhərinin hüquq-mühafizə orqanlarının nümayəndələri orta məktəbin kampusunda baş verən partlayış səbəbindən təhsil ocağının şagirdlərini təxliyə ediblər.

Oxumeni.az xəbər verir ki, günorta saatlarında şagirdlərə və inzibatçılara Klyayn-Forest orta məktəbini tərk etmək əmri verilib. Harris dairəsinin yanğınsöndürmə xidməti idarəsinin müstəntiqi bəyan edib ki, insident nəticəsində 4 nəfər həyat üçün təhlükəli olmayan xəsarət alıb.

Bir nəfər gözaltına alınsa da, polis partlayışda əli ola biləcək digər şəxsləri axtarmaqda davam edir. Hazırda polis müşahidə kameralarının videoyazılarını təkrar nəzərdən keçirir.

Polis nümayəndələrinin sözlərinə görə, hadisə zamanı məktəb binasında 4 minə yaxın insan olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az