Konqoda qızılca epidemiyası nəticəsində ölənlərin sayı 6 min nəfəri ötüb

Konqoda qızılca epidemiyası nəticəsində ölənlərin sayı 6 min nəfəri ötüb

8 Yanvar 2020 14:52
Bəyəndim (2) Bəyənmədim (0)

Konqo Demokratik Respublikasında qızılca xəstəliyindən ölənlərin sayı 6 min nəfəri keçib.

Oxumeni.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Qurumun məlumatına görə, 2019-cu ildə Konqoda beş yaşına qədər olan 18 milyon uşaq qızılcaya qarşı peyvənd olunub. Məhz bu yaşadək uşaqlar xəstəliyə daha çox yoluxur – qeydə alınan yoluxma hallarının 25 faizi onların payına düşür.

Dünya Səhiyyə Təşkilatı epidemiyanın qarşısını almaq üçün maliyyəni artırmağa çağırıb. Hazırda bu məqsədlər üçün 27 milyon dollar toplanıb. Lakin 6-14 yaş arası uşaqların peyvənd olunması üzrə altı aylıq planın yerinə yetirilməsinə daha 40 milyon dollar lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az