General Süleymaninin dəfn mərasiminin vaxtı dəyişdirilib

General Süleymaninin dəfn mərasiminin vaxtı dəyişdirilib

7 Yanvar 2020 17:05
Bəyəndim (1) Bəyənmədim (0)

General Qasım Süleymaninin dəfn mərasiminin vaxtı onunla vidalaşmaq istəyən insanların həddən çox olması səbəbindən dəyişdirilib.

Oxumeni.az bu barədə Press TV telekanalına istinadla xəbər verir.

Bağdadda öldürülən generalla vida mərasimi bu gün səhər saatlarında onun doğma vətəni Kerman şəhərində başlayıb. KİV-lərdə yayılan məlumata görə mərasim zamanı yaranmış basırıq nəticəsində 40 nəfər həlak olub, 200-dən çox insan xəsarət alıb. Generalla vidalaşmaq üçün şəhərə milyonlarla insanın toplaşdığı bildirilir.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymani yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad aeroportu rayonunda keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az