Misir Prezidenti pravoslav koptik xristianların bayramını təbrik edib

Misir Prezidenti pravoslav koptik xristianların bayramını təbrik edib

7 Yanvar 2020 16:15
Bəyəndim (2) Bəyənmədim (0)

Misirin İsgəndəriyyə şəhərində pravoslav koptik xristianlar Milad bayramını qeyd edirlər. Oxumeni.az Egypttoday portalına istinadla xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi bayram münasibətilə ölkənin yeni paytaxtında inşa edilmiş Müqəddəs İsa kilsəsində olub.

İsgəndəriyyə koptik xristianlarının dini rəhbəri II Tavadrosun apardığı mərasimdə çıxış edən Misirin dövlət başçısı Yeni il və Milad bayramı münasibətilə təbriklərini çatdırıb, ölkə əhalisinin 10 faizini təşkil edən xristianların hüquq və azadlıqlarının təmin edilməsinin hökumətin əsas vəzifələrindən biri olduğunu vurğulayıb. Əs-Sisi qeyd edib ki, dini azlıqların nümayəndələri Misirdə müsəlmanlarla birgə sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar.

Qeyd edək ki, Misirdə ilk əsrdə qurulan Koptik xristian kilsəsi Roma Katolik Kilsəsi və Şərq Pravoslav Kilsəsi ilə bir çox inanc və təcrübəni bölüşdürür. "Koptik" yunan sözündən "Misir" mənasını daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az