"Şarli Ebdo" - faciəsinin beşinci ildönümüdür + Video

"Şarli Ebdo" - faciəsinin beşinci ildönümüdür + Video

7 Yanvar 2020 13:31
Bəyəndim (1) Bəyənmədim (0)

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, Fransada Şarli Ebdo terror hücumu qurbanlarının xatirəsini yad edirlər. Düz beş il bundan əvvəl - 7 yanvar 2015-ci ildə iki islamçı, Səid və Şərif Kuaşi (1980 və 1982-ci il təvəllüdlü) qardaşları satirik qəzetin redaksiyalarına soxularaq 11 nəfəri güllələmişlər. Onların arasında Fransanın tanınmış karikaturaçı rəssamları-Şarbonnye, Kabu, Volinski də var idi.

Şarli Ebdo ədəbsiz xarakter daşıyan gərəksiz rəsmlərə görə qınayırdılar.
Şarli Ebdoya hücumun məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb. İslamçılar qəzeti məhv etmək istəyirdi, amma mümkün olmadı. Onun səhifələrində hələ də dini mövzu da daxil olmaqla karikaturalar yer alır.

Biz bu gün də Məhəmməd peyğəmbərin karikaturalarını dərc edə bilərdik. Amma bu, tamamilə fərqli səslənməyə başlayacaq.

Terror hücumundan bəri, Şarli Ebdonun redaksiyası yeni hücumların qarşısını almaq üçün kütləvi polis nəzarəti altındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)