Avstraliyada meşə yanğınları davam edir

Avstraliyada meşə yanğınları davam edir

7 Yanvar 2020 09:44
Bəyəndim (1) Bəyənmədim (0)

Avstraliyada baş verən meşə yanğınları nəticəsində əmələ gələn qatı tüstü dumanı Cənubi Amerikanın sahillərinə çatıb.

Oxumeni.az xarici KİV-lərə istinadla xəbər verir ki, Çilinin mərkəz və cənub hissəsində səmanı qatı tüstü örtüyü bürüyüb. Tüstü qatının Argentinaya da keçdiyi bildirilir.

Yanğının söndürülməsinə gəmilər və təyyarələr cəlb edilib. Avstraliyanın cənub-şərq sahillərində genişmiqyaslı evakuasiya tədbirləri davam etdirilir.

Qeyd edək ki, Avstraliyada milyonlarla hektar meşə ərazisini bürüyən yanğın nəticəsində son aylarda 17 nəfər ölüb, minədək ev yarasız vəziyyətə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az