Almaniyada Azərbaycan vətəndaşları saxlanılıb

Almaniyada Azərbaycan vətəndaşları saxlanılıb

6 Yanvar 2020 15:35
Bəyəndim (1) Bəyənmədim (0)

Almaniya polisi əcnəbilərə qarşı reyd keçirib.

Oxumeni.az-ın məlumatına görə, Rostok şəhər dəmiryolu vağzalında keçirilən reyd zamanı Makedoniya, Əfqanıstan, İraq, Suriya, Çili və Azərbaycan vətəndaşları olan 19 əcnəbi saxlanılıb.

Onların sənədlərinin qaydasında olmadığı müəyyən edilib.

Rostok şəhər Federal Məhkəməsi ötən gün keçirdiyi ilkin iclasında saxlananların hər birini yaşayış qanununu pozduğuna görə, 2430 avro məbləğində cərimələyib.

Növbəti iclasda həmin şəxslərin ölkədən deportasiya edilməsi ilə bağlı qərar çıxarılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az