Bruklində minlərlə nyu-yorklu ABŞ-da antisemitizmə qarşı etiraz mitinqində iştirak edib

Bruklində minlərlə nyu-yorklu ABŞ-da antisemitizmə qarşı etiraz mitinqində iştirak edib

6 Yanvar 2020 14:44
Bəyəndim (1) Bəyənmədim (0)

Bazar günü Bruklin körpüsündə keçirilən mitinqdə on mindən artıq Nyu-York sakini iştirak edib. Aksiya yəhudilərə qarşı nifrət zəminində Nyu-York və Nyu-Cersidə hücumların sayının çoxalmasına etiraz əlaməti olaraq keçirilib.

Oxumeni.az xəbər verir ki, aşağı Manhettendəki Foli meydanına toplaşan və Bruklində Kadman meydanından keçən nümayişçilər tərəfindən “Ədavətə son, qorxuya son!” kimi şüarlar səsləndirilib.

Nümayişçilər qarşısında çıxış edən Nyu-York şəhərinin qubernatoru Endrü Kuomo bildirib ki, ştat dini qrupların ədavət zəminində təqiblərdən qorunması məqsədilə əlavə olaraq 45 milyon dollar sərf edəcək.

Xanuki bayramı zamanı ravvinin evinə balta ilə hücum antisemitizmlə bağlı son cinayət kimi qeydə alınıb. Nəticədə ultraortodoks yəhudi xasidləri icmasının 6 üzvü yaralanıb.

Hakimiyyət orqanları hücum zamanı 38 yaşlı Qrafton Toması həbs ediblər. Polis zabitləri tərəfindən onun evində aparılmış axtarış nəticəsində orada antisemit ruhlu məqalələrin, o cümlədən Hitlerin xatırlandığı, “nasist mədəniyyəti”ni ifadə edən materialların yer aldığı jurnallar aşkar olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az