Serbiya prezidenti Monteneqroya olan səfərini ölkədəki narazılıqlar səbəbindən təxirə salıb

Serbiya prezidenti Monteneqroya olan səfərini ölkədəki narazılıqlar səbəbindən təxirə salıb

6 Yanvar 2020 09:41
Bəyəndim (1) Bəyənmədim (0)

Serbiya prezidenti Aleksandr Vuçiç Milad bayramı münasibətilə Monteneqroya planlaşdırdığı səfərini ölkədə dini haqlar ilə bağlı qəbul edilmiş qanundan sonra yaranan narazılıqlar səbəbindən təxirə salıb.

Oxumeni.az xəbər verir ki, Monteneqro tərəfi bu qərara münasibət olaraq bildirib ki, səfərin təxirə salınması düzgün addımdır, əks halda bu, onsuz da gərgin olan durumu daha da çətinləşdirərdi.

Ötən ay Monteneqro hökuməti dini qurumlarla bağlı qanun qəbul edib. Qanuna əsasən, ölkədə fəaliyyət göstərən bütün icmalar 1928-ci ilədək olan fəaliyyətlərini sübut etməlidir. Bu qərara etiraz edən serb dini icmasının mitinqləri isə davam etməkdədir. Çünki yeni qanun Serb Pravoslav Kilsəsinin Monteneqrodakı mülkiyyətinə əl qoyur.

Monteneqro 2006-cı ilə keçirilən referendum nəticəsində Serbiyadan müstəqilliyini elan etsə də, hazırda ölkədə 620 min serb yaşamaqdadır. Onlar rəsmi Belqrad ilə sıx əməkdaşlıq tələb edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az