İndoneziyada daşqınlar nəticəsində həlak olanların sayı artır + Video

İndoneziyada daşqınlar nəticəsində həlak olanların sayı artır + Video

5 Yanvar 2020 17:00
Bəyəndim (2) Bəyənmədim (0)

İndoneziyanın paytaxtı Cakarta şəhərində və ətraf rayonlarda güclü yağışlar səbəbindən baş verən daşqınlar və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 60 nəfərə çatıb.

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, təbii fəlakətlərə qarşı mübarizə üzrə milli agentliyin məlumatına görə, 170 mindən artıq insan evsiz qalıb.

Xatırladaq ki, 2019-cu il dekabrın 31-də İndoneziya paytaxtına yağan leysan yağışlar zamanı Cakartanın böyük bir hissəsi və ətraf rayonlar su altında qalıb.

Meteoroloqların proqnozları ürəkaçan deyil: yaxın günlərdə ölkə ərazisində yağıntı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)