NATO İraqda apardığı təlimləri dayandırıb

NATO İraqda apardığı təlimləri dayandırıb

5 Yanvar 2020 10:24
Bəyəndim (4) Bəyənmədim (0)

NATO İraqda kadr hazırlığı üzrə apardığı təlim missiyasını dayandırıb.

Oxumeni.az TASS-a istinadla xəbər verir ki, NATO rəsmiləri bu addımı ABŞ-ın hava hücumlarından sonra ölkədə artan qeyri-sabitlik ilə əlaqədar olduğunu bildirib.

Qeyd edək ki, NATO-nun İraqda yerli orduya təlim keçmək üçün qeyri-döyüş missiyası 2018-ci ilin oktyabrında Bağdadda başlayıb. Hazırda NATO-nun İraqdakı missiyasında alyans ölkələri və tərəfdaş ölkələrdən, o cümlədən İsveç və Finlandiyadan 500-dək təlimatçı və məsləhətçi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az