İsraildə təcili toplantı - Süleymaninin öldürülməsinə görə

İsraildə təcili toplantı - Süleymaninin öldürülməsinə görə

3 Yanvar 2020 21:26
Bəyəndim (2) Bəyənmədim (0)

İsrailin Müdafiə naziri Naftali Bennet İran generalı Qasım Süleymaninin ABŞ-ın göstərişi ilə İraqda öldürülməsinə görə hərbi rəhbərlik və təhlükəsizlik xidməti başçıları ilə təcili toplantı keçirəcək. Oxumeni.az-ın məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti xəbər verib.

Mənbə yazır ki, iclasda İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Kokhavi də iştirak edəcək.

Bundan başqa, ölkənin Baş Naziri Binyamin Netanyahu da Yunanıstana olan səfərini yarımçıq saxlayaraq ölkəyə qayıdacağını bildirib.

İsrail höküməti təhlükəsizlik məqsədi ilə Hermon dağını turistlər üçün bağlayıb.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürüb. İranın ali dini lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib. ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az