Müstəqil Dövlətlər Birliyinə sədrlik Özbəkistana keçib

Müstəqil Dövlətlər Birliyinə sədrlik Özbəkistana keçib

2 Yanvar 2020 09:00
Bəyəndim (1) Bəyənmədim (0)

Yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik bir il müddətinə Özbəkistana keçib.

Oxumeni.az Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu haqda qərar MDB Dövlət Başçıları Şurasının ötən il oktyabrın 11-də Aşqabadda keçirilən iclasında qəbul edilib.

Özbəkistan eyni vaxtda həm də MDB Hökumət Başçıları Şurasına, Xarici İşlər Nazirləri Şurasına və İqtisadi Şuraya sədrlik edəcək.

Özbəkistanın MDB-yə sədrliyi dövründə bir il ərzində təxminən 70 tədbirin keçiriləcəyi, həmçinin 10-dan artıq sənədin qəbul ediləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az