Çində Olimpiya Oyunlarına hazırlıq çərçivəsində sürətli dəmiryol xətti açılıb

Çində Olimpiya Oyunlarına hazırlıq çərçivəsində sürətli dəmiryol xətti açılıb

1 Yanvar 2020 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Çində Pekin-Çjantzyakou marşrutu üzrə hərəkət edən yüksək sürətli dəmiryol xətti istifadəyə verilib. Beləliklə, 2022-ci ildə Qış Olimpiya Oyunlarını qəbul edəcək şəhərlər arasında gediş-gəliş vaxtı üç dəfə azalıb.

Oxumeni.az Çin KİV-lərinə istinadla xəbər verir ki, uzunluğu 174 kilometrə çatan Pekin-Çjantzyakou marşrutu 2022-ci il Olimpiadasına hazırlıq çərçivəsində ən iri infrastruktur layihələrindən biridir.

Pekində xizək və snoubord yarışları keçirməyə imkan olmadığı üçün onu xizək kurortlarının və lazımi infrastrukturun olduğu Hebey əyalətinin Çjantzyakou şəhərində təşkil etmək qərara alınıb. Lakin Pekindən bu şəhərə adi qatar və ya avtomobillə getmək üçün üç saatdan çox vaxt lazım idi. İndi isə saatda 350 kilometr sürətlə hərəkət edən “Fusin” adlı yeni qatarlar həmin məsafəni dayanacaqların sayından asılı olaraq 55 dəqiqədən 1 saat 17 dəqiqəyə qədər müddətə qət edəcək.

China Railway Corporation kompaniyasının məlumatına görə, dəmiryolunun bu hissəsi Pekini Çinin Daxili Monqolustan muxtar rayonunun Huh-Hoto şəhər dairəsi ilə birləşdirən yüksəksürətli dəmiryol xəttinin bağlayıcı bəndidir. Bundan sonra Pekindən Huh-Hoto şəhərinə 9 saata deyil, 2 saat 9 dəqiqəyə getmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az