Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Qaradağ rayonunda da ehtiramla yad edilib
Dekabrın 12-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Rayon icra hakimiyyətindən Oxumeni.az-a bildiriblər ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ulu Öndərin Heydər Əliyev adına parkda ucaldılan abidəsi önünə əklil və gül dəstələri qoyulub, dahi şəxsiyyətin ruhuna dualar oxunub.
Rayonun bütün qəsəbələrində ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunub və ehsan süfrələri açılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər