Yanğına görə yolda qalanlar nə etsin?

Yanğına görə yolda qalanlar nə etsin?

10 Dekabr 2019 13:19
Bəyəndim (1) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, səhər saatlarında “Eurohome” Ticarət Mərkəzində baş verən yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb.

Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxumeni.az-a açıqlamasında bildirib ki, sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur:

“Vəziyyəti təhlil etdiyimiz zaman məsləhət görərik ki, Bakıdan Sumqayıt istiqamətində gedən sürücülər Sabunçu-Zabrat-Novxanı-Balaxanı yolu ilə hərəkət etsinlər. Çox sürücü düşünür ki, Biləcəridən keçmək daha məqsədəuyğundur. Ancaq hazırda bütün nəqliyyat vasitələri həmin istiqamətə hərəkət etdiyi üçün ərazidəki yolda sıxlıq müşahidə olunur.

Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə ən yaxşı halda Sumqayıtdaxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Maştağa-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsin.

Xırdalan dairəsi kimi tanınan ərazidən avtomobillərin hərəkəti sadəcə Xırdalan qəsəbəsinin daxilinə yönləndirilib.

Sürücülərdən xahiş edirik ki, yaranmış vəziyyəti təhlil edib düzgün qərar versinlər. Məhdudiyyət tam yanğın söndürülənə qədər davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az