Putin WADA-nın rus idmançılarla bağlı qərarından danışdı - Video

Putin WADA-nın rus idmançılarla bağlı qərarından danışdı - Video

10 Dekabr 2019 12:57
Bəyəndim (1) Bəyənmədim (0)

Prezident Vladimir Putin Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin Rusiyanı 4 il ərzində böyük beynəlxalq idman yarışlarında iştirakdan məhrum etməsi ilə bağlı qərarına münasibət bildirib

Oxumeni.az xəbər verir ki, Rusiya lideri ötən gün Parisdə “normand dördlüyü”nün görüşündə bildirib ki, əvvəlcə dərhal nəzərə çarpan məsələnin əsas tərəfini nəzərdən keçirmək, qərarı təhlil etmək lazımdır.

“Ümumdünya Antidopinq Agentliyinin Rusiya Milli Olimpiya Komitəsinə qarşı səsləndiyi heç bir iddia yoxdur. Əgər iddia yoxdursa, o zaman idmançılar milli bayraq altında çıxış etməlidirlər. Belə bir hüquq onlara Olimpiya Xartiyasına əsasən verilir. Bu o deməkdir ki, hazırda Ümumdünya Antidopinq Agentliyinin qərarı nizamnaməyə ziddir. Buna görə Rusiya tərəfi İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə bilər”.

Putin qeyd edib ki, istənilən cəza fərdi olmalıdır və yol verilən qanun pozuntuları ilə əlaqəsi olmayan insanlara şamil edilə bilməz: “Bu cür cəzaların əsası idman və Olimpiada ilə heç bir əlaqəsi olmayan siyasi mülahizələrdir”.

Qeyd edək ki, WADA-nın qərarına əsasən, Rusiya Olimpiya Oyunlarına və dünya çempionatlarına, eləcə də digər beynəlxalq turnirlərə qatıla bilməyəcək. O cümlədən Rusiya beynəlxalq yarışlara da ev sahibliyi edə bilməz. Bu qərar dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub.

Səbəb kimi rusiyalı idmançılarda dəfələrlə dopinqin aşkarlanması göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az