Parisdə ümumi tətil və nümayişlər davam edir

Parisdə ümumi tətil və nümayişlər davam edir

9 Dekabr 2019 20:19
Bəyəndim (1) Bəyənmədim (0)

Fransada xüsusi təqaüd rejimlərinin ləğv olunmasına görə etiraz tətili və nümayişləri davam edir.

Oxumeni.az xəbər verir ki, etiraz tətilinin 5-ci günü dəmir yolu sahəsində qatar sürücülərinin 77,3 faizi işə çıxmayıb. Parisdə regional ekspress dəmir yol şəbəkəsi (RER) və metro qatarlarının 15 faizinin işlədiyi bildirilib.

Hökumət dekabrın 11-də yeni təqaüd islahatları layihəsinin tam mətnini açıqlayacağı ilə bağlı məlumat yayıb. Ölkədə həmkarlar təşkilatları insanları dekabrın 10-da yenidən ümumi tətil və nümayişə çağıraraq həmin günün həlledici olduğunu elan edib. Nəqliyyat həmkarlar təşkilatlarının bəziləri tətili dekabrın 31-dək davam etdirəcəklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az