Florensiyada baş verən zəlzələ dəmir yollarını iflic edib

Florensiyada baş verən zəlzələ dəmir yollarını iflic edib

10 Dekabr 2019 10:24
Bəyəndim (1) Bəyənmədim (0)

Florensiyada baş verən 4,8 bal gücündə zəlzələ ərazidən keçən dəmir yolu xətlərini iflic edib. Bu da İtaliyanın bütün dəmir yolu sistemində ciddi gecikmələrə səbəb olub.

Oxumeni.az xəbər verir ki, zəlzələ nəticəsində ciddi xəsarət alanlar olmasa da, bəzi köhnə evlərdə dağıntılar baş verib.

Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik məqsədilə yüksək gərginlikli elektrik xətlərinə cərəyanın verilməsini dayandırıb. Axşama doğru bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az