İsveçdə plastikin təkrar istifadəsi texnologiyası hazırlanıb

İsveçdə plastikin təkrar istifadəsi texnologiyası hazırlanıb

9 Dekabr 2019 15:44
Bəyəndim (1) Bəyənmədim (0)

İsveçin Çalmers Texniki Universitetinin tədqiqat qrupu hər hansı plastik tullantının molekulyar dərəcəyədək parçalanmasının effektiv texnologiyasını işləyib hazırlayıb.

Oxumeni.az Çalmers Texniki Universitetinin məlumatına istinadla xəbər verir ki, parçalanma nəticəsində hasil olan qazlar təkrarın yeni plastik şəklində istehsal olunur və keyfiyyətinə görə əvvəlkindən heç nə ilə fərqlənmir. Alimlərin hazırladıqları yeni texnologiya mövcud infrastruktur çərçivəsində bu gün fəaliyyət göstərən plastmas istehsalı zavodlarını emal müəssisəsinə çevirəcək. Plastmasın dağılmadığı və sonradan bizim ekoloji sistemimizdə yığılıb qalması faktı bu gün bəşəriyyət qarşısında duran ən böyük ekologiya problemlərindən biridir. Lakin Çalmers Universitetinin tədqiqat qrupu energetika texnologiyaları professoru Xenrik Tunmanın rəhbərliyi ilə plastiklərin möhkəmliyini və uzunömürlülüyünü bir üstünlük kimi təqdim ediblər. Onun təkrar emalı iqtisadi stimul da ola bilər. Xenrik Tunman deyib: “Biz plastikin fantastik material olduğunu unutmamalıyıq, çünki onun sayəsində ağlagəlməz məhsullar hazırlamaq mümkündür. Problem ondan ibarətdir ki, onun hazırlanması o qədər ucuz başa gəlir ki, yeni plastiklərin neft və qazdan istehsalı tullantıların təkrar emalından daha sərfəlidir”.

Bütün bunları nəzərə alan alimlər plastikin buxar krekinqi yolu ilə onun əvvəlki keyfiyyətinə uyğun istehsalını həyata keçiriblər. Onlar buna 850 dərəcə Selsi olan düzgün temperatur tətbiq etməklə 200 kiloqram plastik tullantını faydalı qaz qarışığına çevirməklə nail olublar. Sonra bu qazı molekulyar səviyyədə emal edib və yüksəkkeyfiyyətli plastik hazırlayıblar. Eksperimentlər Göteborq şəhərindəki “Chalmers Power Central” zavodunda aparılıb.

İndi isveçli tədqiqatçılar hazırlanmış texnologiyanın neft-kimya zavodlarında səmərəli tətbiq üzrə texniki aspektlər üzərində işləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az