Şimali Koreya “olduqca vacib” sınaq keçirib

Şimali Koreya “olduqca vacib” sınaq keçirib

7 Dekabr 2019 21:31
Bəyəndim (2) Bəyənmədim (0)

Phenyan özünün Sohae kosmodromunda ölkənin strateji mövqeyinə həlledici təsir göstərəcək “olduqca vacib” sınaq keçirdiyini bildirib.

Bu barədə Şimali Koreyanın KMTA-nin yaydığı məlumatda deyilir.

Bildirilir ki, şənbə günü günorta saatlarında keçirilən sınağın nəticəsi barədə KXDR-nın hakim İşçi Partiyasının Mərkəzi Komitəsinə hesabat verilib.

Agentlik qeyd edir ki, testin nəticələri “yaxın gələcəkdə Şimali Koreyanın strateji mövqeyinin dəyişməsinə mühüm təsir göstərəcək”.

Hansı sınaqlardan söhbət getdiyi açıqlanmır. “Associated Press” agentliyi yazır ki, peyk vasitəsilə əldə edilən şəkillərə əsasən, Şimali Koreya, ola bilsin, kosmodromun meydançasındakı peyk buraxılış qurğularının işə salınması üçün istifadə olunan mühərrikləri sınaqdan keçirməyə hazırlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az