Türkmənistan Prezidenti 528 məhkumu əfv edib

Türkmənistan Prezidenti 528 məhkumu əfv edib

7 Dekabr 2019 11:55
144
Bəyəndim (1) Bəyənmədim (0)

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hər il dekabrın 12-də bu ölkədə qeyd edilən Bitərəflik Günü münasibətilə əfv fərmanı imzalayıb.
Oxumeni.az xəbər verir ki, fərman 528 məhkuma şamil olunub. Türkmənistan Prezidenti əfv olunan şəxslərin işlə təmin edilməsi üçün təlimat verib. Bu barədə qərar Türkmənistan hökumətinin iclasında elan edilib.
Türkmənistanda milli bayramlar münasibətilə əfv fərmanları ildə bir neçə dəfə imzalanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az