Avstraliyada 700-ə yaxın ev məhv olub

Avstraliyada 700-ə yaxın ev məhv olub

6 Dekabr 2019 14:52
60
Bəyəndim (1) Bəyənmədim (0)

Ötən aydan Avstraliyada davam edən meşə yanğınları nəticəsində 680-dən çox ev və 1400 inzibati tikili yanıb.

Oxumeni.az xəbər verir ki, Yeni Cənubi Uels Regional Yanğın Xidmətinin məlumatına görə, bölgədə 104 yanğın qeydə alınıb, bunlardan 41-nin qarşısı alınıb.

6 rayonda fövqəladə təhlükə səviyyəsinə dair xəbərdarlıq qüvvədədir.

Yanğınlar başlayandan 4 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı məlumdur. Milli parklar və koalaların yaşayış yerləri də daxil olmaqla 2 milyon hektardan çox meşə məhv olub.

Qeyd edək ki, cənub yarımkürəsində yerləşən Avstraliya indi yay fəslini qarşılayır. Havanın temperaturunun gözləniləndən daha yüksək olması meşə yanğınlarını da özü ilə birgə gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az