Ümrə ziyarətinə gedən 14 özbək zəvvar Səudiyyə Ərəbistanına buraxılmayıb

Ümrə ziyarətinə gedən 14 özbək zəvvar Səudiyyə Ərəbistanına buraxılmayıb

5 Dekabr 2019 09:46
224
Bəyəndim (1) Bəyənmədim (0)

Ümrə ziyarətinə gedən 14 özbək zəvvar Səudiyyə Ərəbistanına buraxılmayıb.

Oxumeni.az Özbəkistan Nazirlər Kabinetinin Din Məsələləri Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu zəvvarların viza qeydiyyatını Əndican vilayətindəki turizm firmalarından biri həyata keçirib. Vizaların saxta olduğunu Ciddə sərhədçiləri üzə çıxarıb və Özbəkistan vətəndaşları geri qaytarılıb.

Zəvvarların Özbəkistana qayıtmalarına ölkənin Ciddədəki Baş konsulluğu və “Özbəkistan Hava Yolları” şirkəti yardım edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az