Norveçdə Rusiyaya məxsus gəmi yanıb

Norveçdə Rusiyaya məxsus gəmi yanıb

4 Dekabr 2019 09:22
Bəyəndim (1) Bəyənmədim (0)

Norveç sahillərində Rusiyaya məxsus gəmi yanıb. Oxumeni.az-ın məlumatına görə, yanğınla bağlı Borford quberniyasının polisi "Twitter" səhifəsində paylaşım edib.

Məlumata görə, yanğın balıq ovu ilə məşğul olan gəminin mətbəx yerləşən hissəsində başlayıb. Lakin yanğının konkret hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Yanğın olan əraziyə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Xəsarət alanlar barədə məlumat verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az