Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni baş direktoru təsdiqlənib

Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni baş direktoru təsdiqlənib

2 Dekabr 14:48
110
Bəyəndim (1) Bəyənmədim (0)

Rafael Qrossinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru vəzifəsinə təyinatı təsdiqlənib.

Oxumeni.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu gün təşkilatın baş konfransı xüsusi sessiyasında bu barədə müvafiq qərar qəbul edib.

BAEA-nın İdarə Heyəti 30 oktyabrda R. Qrossini təşkilatın baş direktoru təyin edib.

R. Qrossi 2013-cü ilin iyun ayından Argentinanın Vyanada yerləşən beynəlxalq təşkilatlarda daimi nümayəndəsi olub.

O, Latın Amerikadan təşkilata rəhbərlik edəcək ilk şəxsdir.

Argentinalı diplomat dekabrın 3-dən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, BAEA-nın baş direktoru 4 il müddətinə təyin olunur.

Xatırladaq ki, BAEA-nın baş direktoru Yukiya Amano iyulun 22-si vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az