Rusiyanın Zabaykalye diyarında matəm elan olunub

Rusiyanın Zabaykalye diyarında matəm elan olunub

2 Dekabr 11:42
101
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın Zabaykalye diyarının qubernatoru Aleksandr Osipovun əmri ilə dekabrın 2-si regionda matəm günü elan edilib.

Oxumeni.az xəbər verir ki, bu barədə qubernatorun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, dekabrın 1-də sərnişin avtobusunun Zabaykalye diyarının Sretensk rayonundakı Kuenya çayına düşməsi nəticəsində 41 sərnişindən 19 nəfər həlak olub, 22-si xəsarət alıb.

İlkin ehtimala görə, qəzaya avtobusun təkərinin partlaması səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az