18 nəfərin ölümünə görə matəm elan olundu

18 nəfərin ölümünə görə matəm elan olundu

2 Dekabr 10:13
94
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın Zabaykal diyarında baş vermiş avtobus qəzasında onlarla sərnişinin həlak olmasına görə bölgədə matəm elan olunub. Oxumeni.az-ın xəbərinə görə, bu barədə Zabaykal diyarının rəsmi saytında məlumat verilib.

Bildirilir ki, müvafiq qərarı qubernator Aleksandr Osipov verib.

Osipov qeyd edib ki, hakimiyyət yol qəzasında həlak olan və xəsarət alanların bütün yaxınlarına kömək edəcək: “Biz yaralananları xilas etmək üçün bütün tədbirləri görürük. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”.

Bölgədəki matəm günündə bütün əyləncə proqramları və tədbirlər ləğv edilib.

Xatırladaq ki, Zabaykal ərazisindəki magistral yolda qəza 1 dekabr səhər saatlarında baş verib. İnsdient nəticəsində 18 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

Məlumata görə, Çitadan Sretensk şəhərinə gedən 43 nəfərlik sərnişin avtobusunda ön təkər partlayıb. Sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq körpüdən Kuenqa çayına düşüb. Hadisə ilə bağlı cinayət işi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az