Türkiyə ordusunun sabiq Baş Qərargah rəisi vəfat edib

Türkiyə ordusunun sabiq Baş Qərargah rəisi vəfat edib

21 Noyabr 2019 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələrinin 25-ci Baş Qərargah rəisi Yaşar Büyükanıt 79 yaşında dünyasını dəyişib.

Oxumeni.az xəbər verir ki, bir müddətdir müalicə alan Y. Büyükanıt səhər saatlarında vəfat edib.

Qeyd edək ki, sabiq Baş Qərargah rəisinin xanımı Filiz Büyükanıt 4 gün öncə vəfat etmişdi.

Xatırladaq ki, Yaşar Büyükanıt 2006-2008-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)