Ana azyaşlı uşaqlarını qapısı bağlı evdə iki gün ac-susuz saxladı

Ana azyaşlı uşaqlarını qapısı bağlı evdə iki gün ac-susuz saxladı

20 Noyabr 2019 15:14
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyada ana dörd övladını iki gün qapısı bağlı evdə ac-susuz qoyub.

Yakutiyada 29 yaşlı qadın kiçiyi 10 aylıq, böyüyü yeddi yaşlı olan dörd övladını qapısı bağlı evdə qoyub gedib.

Halsız vəziyyətdə olan uşaqları iki gün sonra, nəzarət zamanı polis müfəttişi aşkar edib.

Oxumeni.az-ın məlumatına görə, ana üç gün sonra sərxoş vəziyyətdə tanışının evində tapılıb.

Ona qarşı cinayət işi açılıb.

Uşaqlardan ən kiçiyi xəstəxanada həkim nəzarətindədir.

Digər üç azyaşlı isə uşaq evinə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)