Aksiyalara görə İraq İranla sərhəd keçidini bağladı

Aksiyalara görə İraq İranla sərhəd keçidini bağladı

17 Noyabr 16:22
98
Bəyəndim (0) Bəyənmədim (0)

Bağdad İranla sərhəd keçid məntəqəsi olan Şalamçeni bağlayıb.

Oxumeni.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iranlı diplomatlar və təhlükəsizlik orqanları məlumat verib.

Məlumata görə, keçid məntəqəsinin bağlanmasını rəsmi Tehran istəyib. İraqla sərhədi keçmək piyada insanlara qadağan olunub. Mallar və yüklərin daşınmasına məhdudiyyət qoyulmayıb.

Qeyd edək ki, İranda benzinin qiymətinin qalxması əleyhinə etiraz aksiyaları keçirilir. Aksiyalarda ölən və yaralananlar var. Mitinqçilər hökumətdən həyat şəraitinin yaxşılaşdırılmasını istəyirlər.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)