Tehranda güclü qar səbəbindən məktəblər bağlanacaq

Tehranda güclü qar səbəbindən məktəblər bağlanacaq

17 Noyabr 08:56
125
Bəyəndim (1) Bəyənmədim (0)

İranın paytaxtı Tehranda şənbə günü yağan güclü qar səbəbindən noyabrın 17-də ibtidai və orta məktəblər bağlanacaq.

Oxumeni.az xəbər verir ki, İSNA agentliyinin əyalət qubernatoruna istinadla yaydığı məlumata görə, meteoroloji xidmət bazar gününə əlverişsiz hava şəraiti proqnozlaşdırır. Bu səbəbdən Tehranın bütün əyalətlərində ibtidai və orta məktəblərdə səhər və gündüz məşğələləri ləğv olunacaq.
Noyabrın 17-də də Tehranda qar, leysan və güclü külək gözlənilir. Havanın temperaturu səhər saatlarında mənfi bir dərəcəyədək enəcək.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)