ABŞ Misirə “Su-35” qırıcılarına görə xəbərdarlıq edib

ABŞ Misirə “Su-35” qırıcılarına görə xəbərdarlıq edib

15 Noyabr 2019 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Misirə “Su-35” qırıcıları əldə edəcəyi təqdirdə mənfi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

“The Wall Street Journal” dərgisi bu barədə ABŞ-ın Müdafiə katibi Mark Pompeo və Müdafiə naziri Mark Esperin Misirin Müdafiə naziri Məhəmməd Zakiyə yazdığı məktuba istinadən məlumat verir.

ABŞ rəsmilərinin məktubunda Moskva ilə imzalanacaq müqavilənin Vaşinqton-Qahirə hərbi əlaqələrinə əngəl olacağı barədə xəbərdarlıq edilib.

Martın sonunda Rusiyanın “Rosoboroneksport” dövlət şirkətinin sədri Sergey Kornev bildirib ki, Rusiya ilə Misir arasında “Su-35” çoxfunksiyalı qırıcıların satılması barədə hər hansı hərbi müqavilə imzalanmayıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)