Çinin ən varlı sakini odur

Çinin ən varlı sakini odur

8 Noyabr 2019 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Çinli sahibkar, “Alibaba” internet-mağazasının təsisçisi Cek Ma Çin Xalq Respublikasının varlı sakinlərinin siyahısında birinci yerdə qərarlaşıb. Oxumeni.az-ın məlumatına görə, bu barədə “Forbes” yazıb.

Buna qədər siyahıya “Tencent” telekommunikasiya holdiqinin təsisçisi Ma Xuanten liderlik edirdi.

Yeni reytinqdə Cek Manın sərvəti 38,2 milyard dollar məbləğində qiymətləndirilir. Bu, ötən ilə nisbətən 3,6 milyard dollar çoxdur.

Ma Xuantenin sərvəti isə 38,8 milyarddan 36 milyarda düşüb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)